“WhatsApp” işini bərpa etdi - Yenilənib

  03 Noyabr 2017    Oxunub : 13346
“WhatsApp” işini bərpa etdi - Yenilənib

“WhatsApp” messencer proqramında yaranmış problem aradan qaldırılıb.

AzVision.az xəbər evrir ki, 30 dəqiqədən çox davam edən problem həll olunub.

Hazırda istifadəçilər ani mesajlaşma mübadilə sisteminin xidmətlərindən yararlana bilirlər. Məsələ ilə bağlı hələ rəsmi məlumat yayılmayıb.

***

“WhatsApp” messencerinin fəaliyyətində problem yaranıb.

AzVision.az xəbər verir ki, istifadəçilər “WhatsApp” vasitəsilə ismarıc göndərə bilmirlər. Problem Azərbaycanla yanaşı dünyanın bir çox ölkəsində müşahidə olunur.

“WhatsApp”ın sistem statusunda istifadəçilərə müraciət edilib. Problemin qısa zamanda aradan qaldırılacağı qeyd olunub.



Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: WhatsApp