Bakıda məktəbdə şagirdlər arasında dava olub

Bakıda məktəbdə şagirdlər arasında dava olub
  03 Noyabr 2017    Oxunub:4684
Bakı şəhəri, Qaraçuxur qəsəbəsind yerləşən 214 saylı orta məktəbdə şagirdlər arasında kütləvi dava olub.
Məktəbdən AzVision.az-a verilən məlumata görə, noyabrın 2-də tənəffüs zamanı (saat 12:15-də) 7a sinif şagirdləri Neman Fərzəliyev və Əkbər Məmmədli mübahisə edib. Mübahisə sonra dava ilə nəticələnib.

"Dava nəticəsində Əkbər Məmmədlinin qasıq hissəsində kəskin ağrılar yaranıb. Məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım çağırılıb. Qeyd edək ki, hər 2 şagird fiziki cəhətdən aktiv uşaqlardır. Onların bundan öncə də mübahisə etdikləri müşahidə olunub. Tərbiyə işləri üzrə direktor müavini, məktəbin praktik psixoloqu və sinif rəhbəri həmin şagirdlərlə müntəzəm olaraq tərbiyəvi iş aparır və psixoloji yardım edirlər".

Bildirilib ki, şagirdlərin münasibətlərinin tənzimlənməsi istiqamətində müvafiq işlər davam etdirilir. "Hadisə barədə şagirdlərin valideynləri dərhal məlumatlandırılıb, onlarla müvafiq söhbət aparılıb və zəruri tövsiyələr verilib. Noyabrın 3-də hər iki şagird məktəbə gəlib və dərs məşğələlərində iştirak ediblər. Hər iki məktəblinin təlim nəticələri orta, dərsə davamiyyəti və davranışı normaldır".

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.

Aytən Zəhra
AzVision.az


Teqlər: Dava   Məktəb  





Xəbər lenti