Sərkisyan qorxdu

  01 Fevral 2013    Oxunub : 482
Sərkisyan qorxdu
Ermənistan Prezidentinin seçicilərlə görüşü təxirə salınıb
Ermənistanın dövlət başçısı, prezidentliyə namizəd Serj SarkisyanınYerevanın Malatiya-Sebastiya icmasının seçicilərilə bu günə nəzərdə tutulan görüşü təxirə salınıb. Ermənistan mətbuatının məlumata görə, bu barədə namizədin seçkiqabağı qərargahının mətbuat xidmətindən bildiriblər.Məlumata görə, bu gün Serj Sarkisyanın İctimai TV-də və digər televiziya şirkətlərində seçkiqabağı çarxları da yayımlanmayacaq.

Qeyd edək ki, bu qərar bir müddət əvvəl prezidentliyə namizəd Paruyr Ayrikyanın sui-qəsdə məruz qalaması olub. Belə ki, Sərkisyan analoji hadisəni yaşamaqdan ehtiyat edir.

Ayrukyan artıq əməliyyat edilib hazırda vəziyyəti kafidir. Onun başına gələn hadisədən sonra Ermənistanda 18 Fevral seçkilərinin təxirə salınacağı istisna edilmir. Buna baxmayaraq Mərkəzi Seçki komissiyasının Tiqran Mukuçan Ayrukyanın tam sağalandan sonra dəqiq qərar verəcəklərini bildirib

Teqlər: