Trampla Putin yenidən görüşə bilər

Trampla Putin yenidən görüşə bilər
  03 Noyabr 2017    Oxunub:1157
ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin görüşə bilərlər.
AzVision.az-ın “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.

“Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammiti çərçivəsində belə bir görüşün keçirilməsini istisna etmirik. Belə bir görüş həqiqətən razılaşdırılır. Nəticə məlum olduqda bu barədə məlumat verəcəyik” - deyə D. Peskov əlavə edib.

Qeyd edək ki, D. Tramp özü də V. Putinlə görüşə biləcəyini bildirib.

AzVision.az



Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti