Erməni QHT rəhbəri Avropa İttifaqına 300 min pul "atıb"

Erməni QHT rəhbəri Avropa İttifaqına 300 min pul "atıb"
  04 Noyabr 2017    Oxunub:2070
Ermənistanda qeyri-hökumət təşkilatlarından birinin rəhbəri Avropa İttifaqının İrəvandakı nümayəndəliyinin verdiyi qrant vəsaitini mənimsəyib.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq komitəsinin mətbuat xidməti məlumat yayıb.
Adı açqılanmayan QHT rəhbəri saxta sənədlər təşkil edib və sənədləri Aİ-nin nümayəndə heyətinə təqdim edərək oradan 300 min avro dəyərində qrant alıb.

QHT-rəhbərinə qarşı “külli miqdarda dələduzluq” və “sənədlərin saxtalaşdırılması” maddələri ilə ittiham irəli sürülüb. Əgər onun günahı sübuta yetirilsə, QHT rəhbərini 8 ilə qədər həbs gözləyir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   QHT    





Xəbər lenti