Netanyahu erməni naziri İsrailə dəvət edib

  04 Noyabr 2017    Oxunub : 390
Netanyahu erməni naziri İsrailə dəvət edib

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan 6-7 noyabr tarixlərində İsrailə səfər edəcək.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, səfər İsrailin baş naziri Benyamin Netanyahunun dəvəti ilə baş tutacaq.

Ermənistan XİN-in yaydığı məlumata görə, Nalbandyanı səfərdə yüksək vəzifəli məmurlar müşayiət edəcək. Erməni nazir Qüds erməni patriarxı Nurhan Manukyanla da görüşəcək.

Alpər Mövlüdoğlu
AzVision.az

Teqlər: Ermənistan   İsrail