Hafiz Hacıyev:`Dünən elə deyirdim, bu gün belə..`

Hafiz Hacıyev:`Dünən elə deyirdim, bu gün belə..`
  19 Sentyabr 2013    Oxunub:1205
`Müasir Müsavat` Partiyasının sədri Hafiz Hacıyev prezidentliyə namizədliyini geri götürməyəcək.
Bu barədə AzVision.az-a partiya sədrinin özü məlumat verib. H. Hacıyev bildirib ki, partiyanın Siyasi Şurası seçkilərdə iştirak etmək haqqında yenidən qərar qəbul edib.

`Dünən seçicilərin adından partiyanın ofisinə gəlmiş bir qrup şəxs bizə təzyiq göstərdi. Əvvəlcə elə bildik ki, onlar seçki ilə bağlı görüşə gəliblər. Hardasa 25-30 nəfər olardı. Məni ağır ifadələrlə təhqir etdilər ki, niyə dövlətçiliyə bu qədər sadiqəm. Guya mən kimlərəsə bağlıyam. Televiziyadakı ilk çıxışıma görə, onlar çox böyük narahatlıq keçiriblər. Biz həmin şəxsləri çox sakitliklə qarşıladıq. Söyüşlərinə başqa cür cavab versəydik Azərbaycanda hər halda böyük bir iğtişaş yaranacaqdı. Tələbləri isə bu idi ki, namizədliyimi geri götürüm. Mən onlara söz verdim. Hətta, məni saytlara namizədliyimi geri götürəcəyimə dair açıqlama verməyə vadar etdilər. Məcbur olub belə açıqlamalar verdim. Təbii biz siyasətlə məşğul oluruq. Azərbaycanın milli maraqları baxımından biz dünən belə addım atdıq”.

Hafiz Hacıyevin sözlərinə görə, Partiyanın Siyasi Şurası bu gün keçirilən iclasda seçkilərdə iştirak etmək haqqında qərar verib.

“Taleyimizin necə olacağını bilmədən partiyanın Siyasi Şurası seçkilərdə axıra qədər iştirak etmək haqqında qərar verdi. Doğrudur dünən mən təzyiqlərin qarşısında dözə bilmədim. Amma, partiya üzvlərinin qərarına heç nə deyə bilmərəm. Ona görə də, dünən elə deyirdim, bu gün belə deyirəm`.

Qeyd edək ki, dünən mətbuata açıqlamasında H. Hacıyev bildirmişdi ki, rəsmən prezidentliyə namizədliyini geri götürəcək və partiya sədrliyindən istefa verəcək. Buna səbə isə səhhətinin və partiyanın maliyyə imkanlarının təbliğat aparmağa imkan vermədiyini demişdi.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti