Ermənistanda daha bir korrupsiya faktı

Ermənistanda daha bir korrupsiya faktı
  04 Noyabr 2017    Oxunub:1495
Ermənistan parlamentində vəzifə səlahiyyətlərindən sui-istifadə və mənimsəmə halları aşkar edilib.
AzVision.az xəbər verir ki, aşkar edilən faktla əlaqədar Ermənistan parlament heyətinin rəis müavini, işlər idarəsinin rəhbəri Erik Minasyan tutduğu vəzifədən azad ediləcək.

Xatırladaq ki, ötən ay maliyyə hesabat və audit idarəsinin rəis müavini Ruzanna Atoyan, mühasibat şöbəsinin rəisi Susanna Alvazyan işdən çıxarılıb. Ermənistan parlamentinin maliyyə hesabat və audit idarəsinin rəisi Vardan Torosyan isə tutduğu vəzifədən azad edilərək həmin idarənin rəis müavini təyin edilib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti