1,37 milyard insan aktiv “Facebook” istifadəçisidir

1,37 milyard insan aktiv “Facebook” istifadəçisidir
  05 Noyabr 2017    Oxunub:1646
“Facebook” sosial şəbəkəsinin istifadəçi sayı və əsas maliyyə göstəriciləri artmaqda davam edir.
Bu barədə məlumat şirkətin cari ilin üçüncü rübü üçün maliyyə hesabatında yer alıb. Bildirilib ki, il ərzində aktiv “Facebook” istifadəçilərinin aylıq auditoriyasının sayında 16 faiz artım qeydə alınıb.

Hazırda dünya üzrə 2,07 milyarda yaxın insan bu sosial şəbəkədən istifadə edir. Aktiv istifadəçilərin sayı isə 16 faiz artaraq 1,37 milyarda çatıb.

Cari ilin üçüncü rübündə sosial şəbəkənin mədaxili 10,3 milyard dollar təşkil edib. Bu, gəlirin 7 milyarda bərabər olduğu ötən ilin göstəricisini təxminən 1,5 dəfə üstələyib.

AzVision.az


Teqlər: Facebook  





Xəbər lenti