Almaniyada kürdlərlə polis arasında qarşıdurma - 15 yaralı (Yenilənib)

Almaniyada kürdlərlə polis arasında qarşıdurma - 15 yaralı (Yenilənib)
  05 Noyabr 2017    Oxunub:2323
Almaniyanın Düsseldorf şəhərində etiraz aksiyası keçirən kürdlər və polis əməkdaşları arasında toqquşma olub.
"Ria Novosti"-nin verdiyi məlumata görə, nümayişin dağıdılması zamanı 15 polis əməkdaşı xəsarət alıb. Onlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.

Aksiya iştirakçıları PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın şəkli olan bannerlər qaldırıblar. Onlar polisin plakatları yığışdırmaq tələblərini rədd ediblər və asayiş keşikçilərinə müxtəlif əşyalar atıblar.

Hüquq mühafizə orqanlarının əməkdaşları isə iştirakçılara qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

***
(23:43)

Almaniyanın Düsseldorf şəhərində PKK tərəfdarları ilə polis arasında qarşıdurma olub.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu gün PKK tərəfdarlarının keçirdiyi aksiyada terror təşkilatını təbliğ edən plakatlar və Öcalanın portretləri qaldırılıb.

Aksiya iştirakçılarına əvvəlcədən PKK-nı təbliğ edən plakatların gətirilməməsi barədə xəbərdarlıq edilsə də, nümayişçilər buna məhəl qoymayıblar. Bu səbəbdən polis aksiyaya müdafiə etmək istəyib, nəticədə qarşıdurma yaranıb.

PKK tərəfdarları polis əməkdaşlarına şüşə və daş atmağa başlayıblar. Polis gözyaşardıcı qaz və təzyiqli sudan istifadə etmək məcburiyyətində qalıb. Qarşıdurma nəticəsində xəsarət alanların olduğu bildirilir.



AzVision.az


Teqlər: Almaniya   PKK  





Xəbər lenti