Ermənistandakı qalmaqallı səfir geri çağırıldı

Ermənistandakı qalmaqallı səfir geri çağırıldı
  05 Noyabr 2017    Oxunub:1743
Rumıniya prezidenti Klaus Yohannis ölkəsinin Ermənistandakı səfiri Sorin Vasileni fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırıb.
AzVision.az "Report"-a istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.

Xatırladaq ki, diplomat Ermənistandakı Amerika Universitetində çıxışı ilə diqqəti cəlb edib. Belə ki, konfrans zamanı bir tələbənin sualını cavablandıran səfir S. Vasile antisemit və homofob bəyanatları ilə yadda qalıb. Təcili olaraq Rumıniya Xarici işlər Nazirliyinə çağrılaraq izahatı alınan diplomat, ardından işlətdiyi ifadələrə görə üzr istəyib.

1995-ci ildən Rumıniya XİN-də işə başlayan S. Vasile ölkəsinin Rusiya, Polşa və Xorvatiyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb. 50 yaşlı diplomat 2013-cü ildən Rumıniyanın Ermənistandakı səfiri vəzifəsinə təyin olunub.

AzVision.az


Teqlər: Ermənistan   Səfir   Rumıniya  





Xəbər lenti