Moskvada bomba təhlükəsi – 3500 nəfər təxliyyə olundu

  05 Noyabr 2017    Oxunub : 611
Moskvada bomba təhlükəsi – 3500 nəfər təxliyyə olundu
Rusiyanın paytaxtı Moskvada bomba həyəcanı yaşanıb.
AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Moskva polisinə Böyük teatra bomba qoyulması ilə bağlı anonim zəng daxil olub.

Dərhal polis hərəkətə keçib. Əraziyə xilasedici dəstələr cəlb olunub. 3500 nəfər bomba təhlükəsi ilə əlaqədar evakuasiya olunub.

Hazırda axtarışlar davam etdirilir.

AzVision.az

Teqlər: Rusiya   Mosvka