ABŞ-da kilsəyə hücum edilib: 27 ölü, 24 yaralı (Yenilənib)

ABŞ-da kilsəyə hücum edilib: 27 ölü, 24 yaralı (Yenilənib)
  06 Noyabr 2017    Oxunub:2425
ABŞ-ın Texas ştatının San-Antonio şəhərində naməlum şəxs kilsəyə silahlı hücum edib.

AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, insident nəticəsində xeyli sayda insan ölüb.
Məlumata görə, yaralılar helikopterlə xəstəxanaya yerləşdirilib. Cinayətkar zərərsizləşdirilib.

Bəzi KİV-lərdə yer alan xəbərlərdə hadisə zamanı 27 nəfərin öldüyü, 24 nəfərin isə yaralandığı bildirilib. Hələlik rəsmi qurumlar bu barədə açıqlama verməyiblər.

AzVision.az


Teqlər: ABŞ  





Xəbər lenti