Kremlin baş ideoloqundan sensasion açıqlama: “Rusiya ABŞ-dakı seçkiyə müdaxilə edib”

Kremlin baş ideoloqundan sensasion açıqlama: “Rusiya ABŞ-dakı seçkiyə müdaxilə edib”
  06 Noyabr 2017    Oxunub:2676
“Rusiya ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə edib”.

AzVision.az-ın məlumatına görə, bunu rusiyalı ideoloq Aleksandr Duqin bəyan edib. O, bildirib ki, Rusiya ABŞ-dakı prezident seçkilərində Trampa yox, Hilları Klintona dəstək verib:
“Rusiya seçkiyə müdaxilə edib. Amma, Tramp lehinə yox. Rus oliqarxlar Klintonu dəstəkləyib. Amerikalılar istintaqı dərinləşdirdikcə, Rusiyanın Klintonun kampaniyasına dəstək verdiyini görəcəklər. Yəni, özləri qazdıqları quyuya düşəcəklər”.

Duqin hesab edir ki, Trampı impiçment etmək mümkün olmayacaq: “Məncə, Trampı impiçment edə bilməyəcəklər. Çünki, bu, vətəndaş müharibəsi demək olacaq. ABŞ qarşıdakı 3 ildə iflic vəziyyətində olacaq. Bu şansı yaxşı istifadə etməliyik”.

Kənan Məmmədov
AzVision.az



Teqlər: Duqin   Rusiya   ABŞ   Tramp  





Xəbər lenti