“Putin bu addımı atsaydı, Türkiyənin sonu olardı” - Aleksandr Duqin

“Putin bu addımı atsaydı, Türkiyənin sonu olardı” - Aleksandr Duqin
  06 Noyabr 2017    Oxunub:6062
"Türkiyə iqtisadiyyatını xilas etmək üçün B planı olmalıdır"

Türkiyəyə 15 iyul dövlət çevrilişindən bir gün öncə, “Orduda hərəkətlilik var” deyərək xəbərdarlıq edən, Putinin “qara qutu”su kimi tanınan ideoloq Aleksandr Duqin “Habertürk”ün əməkdaşı Nalan Koçaka müsahibə verib.
AzVision.az rusiyalı ideoloqun müsahibəsini ixtisarla təqdim edir:

- Türkiyə ilə Qərb ittifaqının münasibətləri heç də yaxşı deyil. Bu, əlaqələrin sonu deməkdirmi?

- Qəti şəkildə bəli. İraqın işğalı və ABŞ-la yaşanan böhran sonra Ankara yeni təhlükənin Qərb olduğunu anladı. Qərb Türkiyəni yanında görmək istəmir. ABŞ kürdləri dəstəkləyərək Türkiyəni təhdid edir. Ərdoğan həm müsəlmanlarla, həm də Qərblə ittifaqa girdi. Nəticə nə oldu? Dövlət çevrilişi ilə onu devirməyə çalışdılar. ABŞ dövlət çevrilişinə cəhdi islam ideologiyasını, FETÖ-nü istifadə edərək təşkil etdi. Davudoğlunun Suriya siyasəti də başqa bir örnək. Yenə də islamçı və qərbçi fikirlərin qarışığı idi. İşlərin bu həddə gəlməsi Ərdoğana Qərblə münasibətlərin sona çatdığını göstərdi.

- Məlumatlara görə, Rusiya Türkiyəni NATO-dan uzaqlaşdıraraq öz təsir dairəsinə salmağa çalışır.

- Putin Türkiyəni öz tərəfinə çəkməyə çalışmır. Qərb Türkiyəni itirir. Çünki, Ərdoğanı hərbi çevrilişlə devirməyə çalışdılar. Nə üçün? Çünki, Ərdoğan təyyarə qalmaqalına görə üzr istəmiş və Rusiya ilə münasibətləri normallaşdırmışdı. Bu, Qərbin gözündə xəyanət idi.

- Yəni, Putinlə yaxınlaşma çevrilişə cəhdin nəticəsidir?

-Həm bu hadisə, həm də Ərdoğanın müstəqil siyasəti. Ərdoğan nə qədər müstəqil olmağa çalışırsa, o qədər Qərbin hədəfi olur. Əgər Türkiyə tək parça olaraq qalmaq istəyirsə, bunu Qərb blokunun tərkibində edə bilməz. Çünki, Məclisə o bombaları Rusiya atmayıb.

- Putini Ərdoğan məsələsində fikrindən daşındıran siz idiniz?

- Bəli, bu məsələdə köməyim olub. Çünki, müharibə vəzyiyyətinə gəlmişdik. Ancaq, prezidentimiz asanlıqla fikrindən daşındırılacaq biri deyil. Putin rassional və realist biridir. Əgər dəlillər varsa, dəyərləndirir.

- Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdə görə 2 milyard dollar xərclədiyini iddia edirsiniz. Nə üçün uğursuzluğa düçar oldular?

- Türk ordusunun Ərdoğanı dəstəkləməyəcəyini düşündülər. Daha doğrusu “Ergenekom” və “Balyoz” hadisələrindən sonra orduda Ərdoğanı dəstəkləyəcək kimsənin olmadığını hesab etdilər. Lakin “Kamalistlər” Ərdoğanı dəstəklədi. Bundan başqa CİA həmin gecə Rusiya və Türkiyə arasındakı əlaqə kanallarını da kəsməyə çalışdı.

Nə etdilər? Putini Türkiyə əleyhinə mövqe sərgiləməyə sövq etməyə çalışdılar. Başqa bir liderin daha yaxşı olacağını, vətəndaş müharibəsi başlayacağını və Rusiyanın bunu öz lehinə istifadə edə biləcəyini bildirdilər. CİA Putin ətrafındakı adamlarla onu buna inandırmağa çalışdı. Putin bu addımı atmadı. Çünki, bu, Türkiyənin sonu demək idi. Əvvəllər də söylədiyim kimi çevrilişdən sonra kürdlər üsyan etmək üçün hazırlığa başlamışdı.

- Yenidən belə bir çevriliş cəhdi baş verə bilərmi?

- Məncə olmaz. Başqa yollara əl atacaqlar. Çünki, hələ də yüksək postlarda CİA üçün çalışan şəxslər var. Amma, onları asanlıqla buna təşviq etmək mümkün deyil.

- FETÖ-nün missiyasını yerinə yetirdiyini və ABŞ-ın yeni maşa təşkilat tapacağını iddia edirsiniz. Nələr gözlənilir?

- Düşünürəm ki, bir çox faktoru bir araya gətirə biləcək strategiya müəyyənləşdirəcəklər. Məsələn, etnik qarşıdurma, iqtisadi-sosial təhdidlər, siyasi və hərbi elita içərisində Ərdoğana qarşı narazılıq yaratmaq və s. Yəni, amerikalılar bütün zəif nöqtələri istifadə etməyə çalışacaqlar.

- Zərrab məsələsini bu çərçivədə dəyərləndirmək mümkündürmü?

- Bütün iqtisadi münasibətlərdən istifadə etməyə çalışacaqlar. Daim təzyiq altında olacaqsınız. İrana, Rusiyaya sanksiyalar tətbiq olunur. Türkiyəyə də sanksiya tətbiq edəcəklərinə əminəm. Düşünürəm ki, Türkiyə iqtisadiyyatını xilas etmək üçün B planı olmalıdır.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Duqin   Rusiya   Türkiyə  





Xəbər lenti