Fırtına qurbanlarının sayı 47-ə çatıb

Fırtına qurbanlarının sayı 47-ə çatıb
  06 Noyabr 2017    Oxunub:1927
Vyetnamda güclü fırtına nəticəsində həlak olanların sayı 47 nəfərə çatıb, 21 nəfər isə itkin düşüb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Nyaçanq şəhərində küləyin sürəti saatda 90 kilometrə çatıb. Fırtına minlərlə evin damını uçurub, yüzlərlə elektrik dirəyini aşırıb. Bir sıra rayonlarda yolları su yuyub, məktəblərdə dərslər dayandırılıb.

Yerli hakimiyyət orqanları baş verə biləcək fırtına, daşqın və sunami zamanı sammit iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün bir neçə plan hazırlayıb.

AzVision.az



Teqlər: Vyetnam  





Xəbər lenti