Putin qətliama görə Trampa başsağlığı verdi

Putin qətliama görə Trampa başsağlığı verdi
  06 Noyabr 2017    Oxunub:1668
Rusiya prezidenti Vladimir Putin bazar günü Texasda baş verən qətliamla bağlı ABŞ prezidenti Donald Trampa başsağlığı verib.

AzVision.az xəbər verir ki, bu barədə Kremlıin rəsmi saytında məlumat yerləşdirilib.
Putin qeyd edib ki, Rusiya faciə nəticəsində öz ailə üzvləri və yaxınlarını itirən şəxslərin dərdinə şərik olur və ümid edir ki, yaralanan şəxslər tezliklə öz sağlamlıqlarına qovuşacaqlar.

Bu arada ABŞ-ın Texas ştatında kilsədə qətliam törədən şəxsin kimliyi məlum olub. Cinayəti törədən şəxs 26 yaşlı Texas ştatı sakini Devin Patrik Kellidir.

O, 2010-2014-cü illərdə ABŞ-da hərbi xidmətdə olduğu, 2014-cü ilin mayında isə hərbi tribunalın qərarı ilə ordudan xaric edilib. Hazırda cinayətlə bağlı araşdırma aparılır. İnsident terror aktı kimi qiymətləndirilməyib.

Qeyd edək ki, kilsədə baş verən atışma zamanı 27 nəfər ölüb, 24 nəfər isə yaralanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Putin   ABŞ  





Xəbər lenti