Ermənistanda pensiyalar artırılmayacaq, nazir "pul yoxdur" dedi

Ermənistanda pensiyalar artırılmayacaq, nazir "pul yoxdur" dedi
  06 Noyabr 2017    Oxunub:2014
“Ölkədə pensiyaların 1000 dram (3 manat) artırılması üçün 5 milyard dram məbləğində xərc tələb olunur. Bu gün belə imkan yoxdur”.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın əmək və sosial məsələlər üzrə naziri Artyom Asatryan deyib.
Onun sözlərinə görə, problemi gün və ya ay ərzində həll etmək mümkün deyil: “Lakin məqsədimiz məhz bu istiqamətdə işləri davam etdirməkdir”.

"2018-ci ildə gözlənilən inflyasiya fonunda pensiya və maaşların artırılmaması əhalinin sosial həyat şəraitində çətinlik yaradacaqmı" sualına cavabında nazir deyib:

“İnflyasiya büdcə layihəsində öz əksini tapıb. Əsas məqsədimiz sosial müdafiə sahəsində proqramların davamlılığını təmin etməkdir. İstərdik ki, sosial cəhətdən həssas qruplar üçün nəzərdə tutulan məbləğ artırılsın. Amma təəssüf ki, bügünki imkanlar dövlət büdcəsinin layihəsində göstərilib”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Pensiya  





Xəbər lenti