Ərdoğan Putinlə danışıqlara gedir - Soçi səfərinin gündəliyi

Ərdoğan Putinlə danışıqlara gedir - Soçi səfərinin gündəliyi
  06 Noyabr 2017    Oxunub:1555
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Rusiyaya səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Soçi şəhərində baş tutacaq səfərdə Türkiyənin Suriyada keçirməyi planlaşdırdığı Afrin əməliyyatı, İdlibdə yaradılan təhlükəsizlik bölgəsi və S-400 zenit-raket kompleksi ilə bağlı məsələnin də müzakirə olunması gözlənilir.

Qeyd edək ki, Ərdoğan Rusiya səfərindən dərhal sonra 14 noyabrda Küveytə gedəcək.

Kənan Məmmədov
AzVision.az



Teqlər: Türkiyə   Rusiya   Putin   Ərdoğan  





Xəbər lenti