Ankaranın yeni meri məlum oldu

  06 Noyabr 2017    Oxunub : 320
Ankaranın yeni meri məlum oldu

Ankara Böyükşəhər Bələdiyyəsinin yeni rəhbərinin kimliyi bəlli olub.

AzVision.az-ın məlumatına görə, bu vəzifəyə Ədalət və İnkişaf Partiyasından (AKP) Mustafa Tuna seçilib.

M.Tuna 2009-2014-cü illərdə Ankaranın Sincan rayonunun bələdiyyə başçısı olub.

Qeyd edək ki, bir neçə həftə əvvəl Ankara Böyükşəhər Bələdiyyəsinin başçısı Melih Gökçek istefaya göndərilmişdi.

Kənan Məmmədov
AzVision.az

Teqlər: Ankara