ABŞ-la Türkiyə arasında viza problemi həll olundu

ABŞ-la Türkiyə arasında viza problemi həll olundu
  07 Noyabr 2017    Oxunub:1159
ABŞ-ın Ankaradakı səfirliyi Türkiyə vətəndaşlarına vizaların verilməsini qismən bərpa edib.
"Anadolu" agentliyinin məlumatına görə, ABŞ-ın diplomatik təmsilçiliklərində viza üçün müraciətlərin məhdud sayda qəbuluna başlanılıb. Türkiyə tərəfinin də analoji addım atdığı bildirilir.

Xatırladaq ki, Vaşinqton oktyabrın 8-də Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmışdı. Buna cavab olaraq, Ankara da həmin gün eyni addımı atmışdı.

AzVision.az


Teqlər: ABŞ   Türkiyə   Viza  





Xəbər lenti