Orxan Kərimovun şikayəti təmin olunmadı

Orxan Kərimovun şikayəti təmin olunmadı
  19 Sentyabr 2013    Oxunub:937
Təhsil Nazirliyinin keçmiş əməkdaşı, mərhum şair Əli Kərimin oğlu Orxan Kərimovun Appelyasiya şikayəti təmin olunmayıb.
Bu barədə AzVision.az-a açıqlama verən Orxan Kərimov bildirib ki, onun təqdim etdiyi sübutlara münasibət bildirilməyib: “Mən də məcburam ki, yaxın günlərdə mətbuat kofnransı keçirib topladığım sənədləri ictimaiyyətə təqdim edim. Məhkəmə qiymət vermirsə, qoy, ictimaiyyət qiymət versin”.

O vurğulayıb ki, prezidentə etdiyi müraciət də nəticəsiz qalıb.

Qeyd edək ki, Orxan Kərimov ötən il iyunun 6-da həbs olunub. O, Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunur. Amma prezident İlham Əliyevin göstərişi ilə ürək xəstəliyindən əziyyət çəkən O. Kərimov barəsində seçilmiş həbs-qətimkan tədbiri bir müddət öncə dəyişdirilib və o, müalicəyə göndərilib. O. Kərimov iyunun 27-də Mərkəzi Klinik Xəstəxana ürəyindən əməliyyat olunub.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti