Ermənilər Gürcüstanda yolu bağlayıb etiraz etdilər

Ermənilər Gürcüstanda yolu bağlayıb etiraz etdilər
  07 Noyabr 2017    Oxunub:1728
Gürcüstanın Axalkalaki rayonunun Dadeş kəndində yaşayan 40 nəfərə yaxın erməni etiraz aksiyası keçirib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onlar ötən gecə oğurlanmış mal-qaralarının tapılması tələbi ilə Kartsax-Axalkalaki avtomobil yolunu bağlayıblar.

Əraziyə polis əməkdaşları cəlb olunub. Bir neçə sakin danışıq aparmaq üçün polis bölməsinə gedib. Onlar oğurlanan heyvanlar tapılmayacağı təqdirdə etirazlarını davam etdirəcəklərini bildiriblər.

Alpər Mövlüdoğlu
AzVision.az


Teqlər: Gürcüstan   Ermənistan   Etiraz  





Xəbər lenti