ABŞ helikopterləri Suriyada İŞİD komandirlərini xilas edib

ABŞ helikopterləri Suriyada İŞİD komandirlərini xilas edib
  07 Noyabr 2017    Oxunub:1581
Suriyada hökumət qüvvələri tərəfindən Meyadin şəhərinin azad edilməsindən iki həftə əvvəl Amerika vertolyotları İŞİD-in xarici komandirlərini şəhərdən evakuasiya edib.
AzVision.az xəbər verir ki, bunu “Ria Novosti”-yə yerli sakinlər deyib. Onların sözlərinə görə, Amerikanın hərbi helikopterləri öncə Ər-Rahba rayonunda manevrlər edib, daha sonra isə ərazi bombalanıb.

“Biz gizləndikdən sonra Amerikaya məxsus bir neçə helikopter yerdə onları gözləyən İŞİD komandirlərini götürüb getdi”- yerli sakin Məhəmməd Əvəd əl-Hüseyn deyib.

Keçmiş hərbçi olduğunu deyən kişi Amerika təyyarlərini yaxşı tanıdığını bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ABŞ   Suriya   İŞİD  





Xəbər lenti