Putin-Tramp görüşünün gündəliyi hazırlanır

Putin-Tramp görüşünün gündəliyi hazırlanır
  07 Noyabr 2017    Oxunub:1270
ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında görüş Vyetnamda baş tutacaq Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Sammiti (APEC) çərçivəsində keçiriləcək.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“APEC sammiti çərçivəsində Putin və Trampın danışmaq imkanı olacaq. Görüşün detalları işlənilir”, -deyə Peskov vurğulayıb.

Qeyd edək ki, APEC liderləri 6-11 noyabr tarixlərində Vyetnamın Dananq şəhərində görüşəcəklər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Tramp   Putin  





Xəbər lenti