Həbs olunan şahzadə iki gündə 1,3 milyard pul itirdi

Həbs olunan şahzadə iki gündə 1,3 milyard pul itirdi
  07 Noyabr 2017    Oxunub:3533
Səudiyyə Ərəbistanının şahzadəsi Əli-Valid Təlal korrupsiya ittihamı ilə həbs olunduqdan sonra iki gün ərzində milyard dollardan çox vəsait itirib.

AzVision.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
Bildirilib ki, Əl– Valid dünyanın ən zəngin adamlarından birdir. Onun sərvəti 17,8 milyard dollardır. Əl-Valid son iki gündə 1,3 milyard dollar vəsait itirib.

Səudiyyə Ərəbistanında şahzadələrin qalmaqallı həbsindən sonra dünyada neftin qiymətində bahalaşma qeydə alınıb.

Qeyd edək ki, noyabrın 5-də Səudiyyə Ərəbistanında 11 şahzadə və 4 nazir həbs edilib. Həbs olunan şahzadə və nazirlər korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinirlər.

Şahzadələrin qanunsuz silah-sursat müqavilələrinin imzalanması, çirkli pulların “yuyulması” və bu kimi digər cinayət əməlləri üzə çıxıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Şahzadə  





Xəbər lenti