Türkiyə Emənistanla sərhəddə kameralar quraşdırdı - FOTO

Türkiyə Emənistanla sərhəddə kameralar quraşdırdı - FOTO
  08 Noyabr 2017    Oxunub:4499
Türkiyə-Ermənistan sərhədində nəzarət kameraları quraşdırılıb.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. Bildirilib ki, kameralar Qars bələdiyyəsi tərəfindən sərhədin daimi nəzarətdə saxlanılması üçün quraşdırılıb.


"Sərhəd boyunca kameraların quraşdırılması işləri artıq yekunlaşıb. Kameraların sınaqdan keçirilməsi prosesi davam edir. Layihənin ümumilikdə dəyəri 2 milyon 880 min lirədir. Layihə Türkiyə-Ermənistan sərhədinin Qars hissəsində müəyyən mənfi məqamları aradan qaldıracaq və təhlükəsizliyi təmin edəcək", - deyə məlumatda qeyd olunub.



AzVision.az



Teqlər: Türkiyə   Ermənistan  





Xəbər lenti