Erməni nazir Netanyahu ilə Qarabağı müzakirə edib

Erməni nazir Netanyahu ilə Qarabağı müzakirə edib
  08 Noyabr 2017    Oxunub:1785
İsraildə səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu ölkənin baş naziri Binyamin Netanyahu ilə görüşüb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlər, Yaxın Şərqdə baş verən proseslər, regional və beynəlxalq məsələlər müzakirə olunub.

Tərəflər, həmçinin Azərbaycanın işğal olunmuş torpaqları - Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə ediblər. Nalbandyan ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin sülh yolu ilə həlli istiqamətində gördüyü işlərdən danışıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: İsrail   Qarabağ  





Xəbər lenti