“Putin Trampla görüşə hazırdır” - Lavrov

“Putin Trampla görüşə hazırdır” - Lavrov
  08 Noyabr 2017    Oxunub:1172
Rusiya prezidenti Vladimir Putin Vyetnamda baş tutacaq Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Sammiti (APEC) çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşməyə hazırdır.

AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.
XİN rəhbərinin sözlərinə görə, hazırda görüşün qrafiki razılaşdırılır.

“Biz Donald Trampın Putinlə görüşməklə bağlı bəyanatını eşitdik. Putin bu görüşə hazırdır. Amerikalılar bunu bilir. Liderlərin görüş qrafiki tam müəyyən olunandan sonra ətraflı məlumat veriləcək”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   ABŞ  





Xəbər lenti