ABŞ-da oğurluq edən 3 erməni həbs edilib

ABŞ-da oğurluq edən 3 erməni həbs edilib
  08 Noyabr 2017    Oxunub:2541
ABŞ-da polis oğurluqda şübhəli bilinən üç ermənini həbs edib.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə Qlendel şəhərində baş verib. Belə ki, naməlum şəxs polisə zəng edərək üç nəfərin şəxsi evə arxa qapıdan daxil olduğunu bildirib.

Məlumata görə, soyğunçular avtomobillə hadisə yerindən qaçıblar. Lakin, hüquq-mühafizə orqanlarının əməkdaşları onları saxlaya bilib və oğurlanmış əşyaları avtomobildən tapıblar.

Faktla bağlı üç nəfər saxlanılıb. Onlardan birinin azyaşlı olduğu məlum olub. Həbs edilən digər ikisi nəfər isə 20 yaşlı Qaqik Sarkisyan və 18 yaşlı Narek Martirosyandır.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   ABŞ  





Xəbər lenti