Ohanyanın arvadı Sarkisyana qarşı partiya yaradır

Ohanyanın arvadı Sarkisyana qarşı partiya yaradır
  08 Noyabr 2017    Oxunub:1917
Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın arvadı Ruzanna Xaçatryan yeni siyasi partiya yaradacaq.
AzVision.az xəbər verir ki, bu barədə Ermənstanın "İravunk" qəzeti məlumat yayıb. Bildirilib ki, bununla bağlı Ruzanna Xaçatryan yaxın günlərdə mətbuat konfransı keçirəcək.

"Əldə etdiyimiz məlumata görə, partiyanın yaradılması üçün 3 aydır ki, işlər görülür", - qəzet yazıb.

Partiyanın Sarkisyan hakimiyyətinə qarşı müxalif mövqe tutacağı gözlənilir.

Alpər Mövlüdoğlu
AzVision.az


Teqlər: Ohanyan   Ermənistan   Sarkisyan  





Xəbər lenti