Bakıda metro stansiyaların sayı 76-ya çatdırılacaq

Bakıda metro stansiyaların sayı 76-ya çatdırılacaq
  08 Noyabr 2017    Oxunub:1553
Bakı Metropolitenin gələcək inkişaf planına görə stansiyaların sayı 76-ya çatdırılacaq.
AzVision.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov bildirib.

Qurum rəsmisi bildirib ki, Bakı metrosunun gələcək inkişaf planına görə metronun mövcud 3 xəttinə (yaşıl, qırmızı, sarı) daha 2 xətt (sarı, mavi) əlavə olunaraq 5 xəttə çatdırılacaq. Həmçinin 76 stansiya, 120 kilometrlik metro xətti olacaq.

AzVision.az


Teqlər: Zaur-Hüseynov   Metro  





Xəbər lenti