Bir dəfə yüksələn bayraq bir daha enməz

  08 Noyabr 2017    Oxunub : 1918
Bir dəfə yüksələn bayraq bir daha enməz

S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada iki dəfə ilin müəllimi adını almış İradə Məlikovanın rəhbərliyi ilə 4 b sinif şagirdləri təntənəli Bayraq bayramı tədbiri keçiriblər.

AzVision.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd şagirdləri dövlət bayrağı haqqında məlumatlandırmaq, onlarda vətənpərvərlik hisslərinin inkişaf etdirilməsindən ibarət olub. Qeyd olunub ki, Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.



Tədbirdə Azərbaycan Bayrağının müqəddəsliyindən, onun sosial-fəlsəfi mahiyyətindən, Bayrağın yüksəlməsi üçün zaman-zaman aparılan mübarizədən danışılıb. Sonda məktəb şagirdlərinin ifasında Azərbaycan respublikasının dövlət atributlarından biri olan Dövlət Bayrağına həsr olunmuş kompazisiya nümayiş olundu, şagirdlərin hazırladıqları şerlər səsləndirildi.



Zinyət Quliyeva
AzVision.az

Teqlər: bayraq