Kataloniyanın müstəqillik qərarı ləğv edildi

Kataloniyanın müstəqillik qərarı ləğv edildi
  08 Noyabr 2017    Oxunub:1796
İspaniyanın Konstitusiya məhkəməsi Kataloniya regionunun birtərəfli şəkildə müstəqillik qərarını ləğv edib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə Kataloniya regional parlamenti tərəfindən sentyabrda qəbul olunmuş keçid dövrü haqqında qərarı da ləğv edib.
Bundan başqa, Konstitusiya məhkəməsi Kataloniya parlamentinin spikeri və bir sıra üzvləri barədə məhkəmə qərarlarına tabe olmamaq ittihamı ilə bağlı işin baxılmasına başlayıb.

Qeyd edək ki, bu il oktyabrın 1-də Kataloniyada müstəqillik haqqında referendum keçirilib.

AzVision.az


Teqlər: İspaniya   Kataloniya  





Xəbər lenti