Şahzadə ölkədən qaçarkən faciəvi şəkildə ölüb

Şahzadə ölkədən qaçarkən faciəvi şəkildə ölüb
  09 Noyabr 2017    Oxunub:1717
Səudiyyə Ərəbistanı şahzadələrindən olan Mənsur İbn Mukrinin ölümü ilə bağlı yeni iddialar irəli sürülüb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, şahzadə ölkədən qaçarkən qəzaya düşüb. Nəticədə Yəmən yaxınlığında qeydə alınan helikopter qəzasında Mukrinlə yanaşı 7 məmur faciəvi şəkildə ölüb.

Mukrinin həbs olunacağı üçün Səudiyyə Ərəbistanından qaçdığı iddia olunur. Bəzi İsrail KİV-ləri isə helikopterin vurulduğu qənaətindədir.

Şahzadə Mənsur sabiq vəliəhd Mukrin İbin Əbdül Əzizin oğludur. Vəliəhd 2015-ci ildə ögey qardaşı və rəqibi kral Salman tərəfindən proseslərdən kənarlaşdırılıb.

Xatırladaq ki, bir neçə gün öncə Səudiyyə Ərəbistanında 11 şahzadə, 4 nazir və onlarla sabiq nazir həbs edilib, bir neçə nazir vəsifəsindən azad edilib. Bəzi biznesmenlərin mülkləri ələ keçirilib. Proseslərin və dəyişikliklərin rəhbəri vəliəh Məhəmməd İbin Salman hesab edilir.

AzVision.az


Teqlər: Şahzadə  





Xəbər lenti