2040-cı ilədək Azərbaycanda neft hasilatı stabil qalacaq
AzVision.az xəbər verir ki, bu barədə təşkilatın "World Oil Outlook 2040" adlı hesabatında deyilir.
"Bu, yeni iri layihələrin olmaması ilə və "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasilatın azalması ilə bağlıdır. Təkcə "Şahdəniz" yatağında 2018-ci ildə yeni mərhələni işə salmaq planlaşdırılır ki, bu da ümumi hasilata sutkada 65 min barrel əlavə edəcək".
OPEK-in qənaətincə, bu vəziyyət uzunmüddətli perspektivdə də saxlanılacaq. 2025-2040-cı illərdə Azərbaycanda hasilatın 0,7 milyon barrel səviyyəsində olacağı proqnozlaşdırılır. (Trend)
AzVision.az