Putin və Sarkisyan bu ay iki dəfə görüşəcək

Putin və Sarkisyan bu ay iki dəfə görüşəcək
  09 Noyabr 2017    Oxunub:2335
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin bütün ölkə başçıları noyabrın 30-da Minskdə keçiriləcək sammitə qatılacaqlarını təsdiqləyiblər. AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu Belarusun ABŞ-dakı müvəqqəti işlər üzrə müvəkkili Pavel Şidlovskiy bildirib.
O, qeyd edib ki, KTMT Avrasiya məkanında ən effektiv təşkilatlardan biridir.

“Bütün ölkələr həmrəylik göstərərək vahid ölkə kimi hərəkət edir”, - deyə Şidlovskiy KTMT-nın yaradılmasının 15 illiyi ilə bağlı Rusiyanın Vaşinqtondakı səfirliyində keçirilən tədbirdə çıxış edərkən bildirib.

Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan 15-16 noyabr tarixlərində Moskvada səfərdə olacaq.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Putin   Sarkisyan   Ermənistan   Rusiya  





Xəbər lenti