İlin sonunadək Məmmədyarov-Nalbandyan görüşü keçiriləcək

  09 Noyabr 2017    Oxunub : 765
İlin sonunadək Məmmədyarov-Nalbandyan görüşü keçiriləcək

"ATƏT-in Minsk qrupunun həmsədrləri bu ilin sonuna kimi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırırlar".

AzVision.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı oktyabrın 16-da Cenevrədə keçirilən sammitin yekunlarını nəzərə alaraq, həmsədrlər bu ilin sonuna kimi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırırlar: "Görüş planlaşdırılır. Görüşün vaxtı məlum olan kimi məlumat verəcəyik".

O, qeyd edib ki, bu görüşədək isə həmsədrlər Azərbaycan və Ermənistan XİN başçıları ilə ayrılıqda məsləhətləşmələr keçirəcəklər: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müxtəlif formatlarda təmaslar istisna deyil. ".

AzVision.az

Teqlər: XİN   ATƏT