Tramp Çindən 244 milyardla qayıdır

Tramp Çindən 244 milyardla qayıdır
  09 Noyabr 2017    Oxunub:2199
Pekində Çinlə ABŞ arasında bir neçə sənəd imzalanıb.AzVision.az xəbər verir ki, tərəflər arasında 244,9 milyard ABŞ dolları məbləğində olan biznes müqavilələri imzalanıb.
Beləliklə, ABŞ prezidenti Donald Trampın Çinə ilk rəsmi səfəri çərçivəsində son iki gündə imzalanmış müqavilələrin ümumi dəyəri Çin-ABŞ ticarət münasibətlərində rekord həddə - 253,9 milyard dollara çatıb.

Razılaşmalar arasında ən dəyərlisi Çin Neft və Kimya Korporasiyasının ABŞ şirkəti ilə birgə Alyaskada təbii qaz yataqlarının işlənilməsinə dair 43 milyard dollarlıq müqavilədir.

Qeyd edək ki, üçgünlük Çin səfərində Donald Trampı ABŞ-ın enerji, sənaye, texnologiya, maliyyə xidmətləri və kənd təsərrüfatı sahələri üzrə 20 qabaqcıl şirkətinin rəhbərləri müşayiət edir.

AzVision.az


Teqlər: ÇİN   ABŞ  





Xəbər lenti