Rusiyada yaşayış binası çöküb - Ölən və yaralılar var

Rusiyada yaşayış binası çöküb - Ölən və yaralılar var
  09 Noyabr 2017    Oxunub:1469
Rusiyanın İjevsk şəhərində 9 mərtəbəli yaşayış binası çöküb.
AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər həlak olub, iki nəfər isə yaralanıb. Binanın bütün sakinləri təxliyə edilib.

Rusiya FHN-in məlumatına görə, hadisə məişət qazının sızması nəticəsində baş verib. Binanın birinci mərtəbəsində yerləşən Uşaq Mərkəzindəki uşaqların heç biri zərər çəkməyib.

Dağıntılar altında 4 nəfərin qaldığı bildirilir.

AzVision.az


Teqlər: Rusiya  





Xəbər lenti