Ərdoğan Qərbi PKK-nı dəstəkləməkdə ittiham etdi

Ərdoğan Qərbi PKK-nı dəstəkləməkdə ittiham etdi
  10 Noyabr 2017    Oxunub:1585
"Avropa Birliyi ölkələri PKK terror təşkilatına sığınacaq verir və onlar tərəfindən müxtəlif aksiyaların keçirilməsinə mane olmurlar".
AzVision.az RİA Novosti-yə istinadən bildirir ki, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Onlar Berlinin küçələrndə gəzirlər. Onlar Parisdə, Avstriya boyu sərbəst hərəkət edirlər. Avropa Birliyi guya PKK-ya terror təşkilatı kimi baxır və onu qəbul etmir. Əgər bu belədirsə, onda onlar polisin mühafizəsi altında necə sərbəst gedə bilirlər? Niyə onlar öz separatçı təşkilatlarının liderinin portretlərini dövlət binalarında yerləşdirirlər?" – deyə Ankarada yerli hakimiyyət orqanları başçıları qarşısında çıxış edərkən Ərdoğan bildirib.

O əlavə edib ki, Avropa ölkələri yalnız görüntü yaradırlar ki, PKK ilə mübarizə aparırlar, amma əslində bu təşkilatı dəstəkləyirlər.

AzVision.az


Teqlər: Ərdoğan  





Xəbər lenti