Rusiyada uçan binada ölənlərin sayı 4-ə çatıb

Rusiyada uçan binada ölənlərin sayı 4-ə çatıb
  10 Noyabr 2017    Oxunub:1514
Rusiyanın İjevsk şəhərində 9 mərtəbəli yaşayış binasının bir blokunun tamamilə uçması nəticəsində ölənlərin sayı 4-ə çatıb.
AzVision.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində daha 4 nəfər xəsarət alıb.

Hadisə nəticəsində ümumilikdə 28 nəfərin yaşadığı 8 mənzil tamamilə dağılıb.

İlkin versiyaya görə, hadisə qaz sobasının partlaması səbəbindən baş verib.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir. Dağıntılar arasında insanların qaldığı bildirilir, ölənlərin sayının artacağı istisna olunmur.

Binanın bütün sakinləri yaxınlıqdakı iki məktəbdə yerləşdiriblər. Hadisə ilə əlaqədar təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi başlanıb. Şəhərdə fövqəladə hal rejimi elan edilib.

AzVision.az


Teqlər: Rusiya  





Xəbər lenti