Hafiz Hacıyevi baykota çağırırlar

Hafiz Hacıyevi baykota çağırırlar
  20 Sentyabr 2013    Oxunub:1166
Bu gün rezidentliyə namizədlərin İctimai Televiziyada keçirilən debatında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və Milli Şuranın namizədi Cəmil Həsənli arasında baş verən qalmaqal bir çox facebook istifadəçisinin qəzəbinə tuş gəlib.
Belə ki, sosial şəbəkənin istafdəçiləri facebook səhifəsi vasitəsi ilə MSK-ya müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, Hafiz Hacıyev İctimai Televiziyada keçirilən namizədlərin teledebatı zamanı həm Seçki Məcəlləsinin tələblərini kobud surətdə pozmuş, həm də milyonlarla Azərbaycan vətəndaşının izlədiyi teledebat zamanı bütün etik sərhədləri pozaraq digər qeydə alınmış namizədləri təhqir edib. Bunu nəzərə alaraq, Hafiz Hacıyevin namizədliyinin ləğv olunmasını xahiş edirlər.

Maraqlısı isə budur ki , müraciətə qoşulanlar içərisində Hafiz Hacıyevin qohumu, gənc fəal Bəxtiyar Hacıyev də var.

AzVision.az


Teqlər:  





Xəbər lenti