Ermənistanın dövlət borcu artır

Ermənistanın dövlət borcu artır
  10 Noyabr 2017    Oxunub:1512
Ermənistanın dövlət borcu daha 80 milyon avro artacaq.
Bu barədə AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir.

KİV-in əldə etdiyi məlumata qeyd olunur ki, Ermənistanın dövlət borcu son illər ərzində ilk dəfə oktyabr ayında cüzi azalıb. Bu, əsasən dolların dəyərinin artmasından asılı olub. Dollar müqabilində dövlət borcu azalsa da əksinə erməni dramı qarşılığında artıb.

31 oktyabr tarixinə olan vəziyyətə görə Ermənistanın dövlət borcu 6.2967 milyard dollar təşkil edib. Halbuki keçən ay bu rəqəm 6 milyard 308 milyon dollar təşkil edirdi. Erməni dramı ilə ifadə edilərkən Ermənistanın dövlət borcu 3.178 trilyon dramdan 3.373 milyard drama yüksəlib.

Əldə edilən məlumatdan aydın olub ki, dollarla ifadə edilərkən hökümətin və mərkəzi bankın xarici borcu azalıb. Ancaq hökümətin daxili borcu əksinə olaraq artıb. Buna baxmayaraq hökümət dünən "KFW" bankından 80 milyon avro kredit götürüb. Bu isə tezliklə dövlət borcunun daha 80 milyon avro artacağı deməkdir.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   xarici-borc  





Xəbər lenti