Ermənistanın müdafiə naziri hərbçilərə evi pulla satır

Ermənistanın müdafiə naziri hərbçilərə evi pulla satır
  10 Noyabr 2017    Oxunub:1558
Ermənistan silahlı qüvvələrində neqativ hallarla artıq kimisə təəcübləndirmək çətindir. Çünki işğalçı orduda qanunsuzluqlar, özbaşınalıqlar o həddə çatıb ki, artıq həm hərbçilər, həmdə ictimaiyyət bunu normal hal, ənənə kimi qəbul etmək məcburiyyətindədir.
AzVision.az erməni mətbuatına istinadən xəbərə verir ki, Ermənistanda hərbi xidmətdən möhlətlə bağlı qanuna edilən dəyişikliklər geniş etirazlara səbəb olduğu bir vaxtda, düşmən ordusu ilə bağlı daha bir rüsvayçılıq ortaya çıxıb.

Ermənistan sosial şəbəkələrində zabit ailələri belə bir xəbər paylaşıblar ki, noyabrın 15-də hərbi qulluqçular üçün tikilən mənzillər paylanacaq. İlk baxışda bu məlumatda sensasion heç nə yoxdur. Lakin sosial şəbəkələrdə yayılan xəbərin böyük rezonans doğurmasına səbəb bu mənzillərə ermənistanlı hərbçilərin ancaq rüşvət verməklə sahib ola biləcəkləridir.

Yayılan məlumatda deyilir ki, ev almaq üçün hər bir erməni zabit mütləq 3.000 - 10.000 arası rüşvət verməlidir.

AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti