Tramp Putinlə görüşə gəlmədi

Tramp Putinlə görüşə gəlmədi
  10 Noyabr 2017    Oxunub:1547
ABŞ Prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) ölkələri liderlərinin İşgüzar Məşvərət Şurasının üzləri ilə Vyetnamda keçirilən görüşünə gəlməyib.
AzVision.az “Ria Novosti” agentliyinə istinadla xəbər verir ki, rəyasət heyətində Donald Tramp üçün ayrılmış kreslo bir müddət boş qalıb, sonra orada ABŞ-ın ticarət nümayəndəsi Robert Laytxazer əyləşib.

Bundan əvvəl Ağ evin mətbuat katibliyindən məlumat verilmişdi ki, Donald Trampın qrafikinin sıxlığı səbəbindən onun Vyetnamda Rusiya Prezidenti Vladimir Putin ilə formal görüşü olmayacaq.

AzVision.az


Teqlər: Donald-Tramp  





Xəbər lenti