Qənirə Paşayeva biznesi ilə bağlı açıqlama verdi

Qənirə Paşayeva biznesi ilə bağlı açıqlama verdi
  20 Sentyabr 2013    Oxunub:8034
Millət vəkili Qənirə Paşayeva onun adından istifadə edib müxtəlif fırıldaqçılıqla məşğul olan insanlarla bağlı açıqlama yayıb.
`Bir az əvvəl bir nəfər ciddi inandığım dostlardan biri mənə zəng edərək deyir ki, Şirvanda və Salyanda mənim adımdan istifadə edərək müəyyən qurumlara müraciət edən zaman deyirlər ki, guya o biznes mənimdir.
İndi bu məsələni ciddi araşdırmağa başlamışıq. Əziz dostlar! Bunu bir neçə dəfə açıqlamışam və bu gün də tam məsuliyyətlə açıqlayıram. Mənim nə Şirvan, nə Salyan nə millət vəkili seçildiyim Tovuz rayonunda və ümumiyyətlə Azərbaycanın heç bir rayonunda heç bir biznesim yoxdur.Odur ki, xahiş edirəm ki, mənim adım ilə hər hansı quruma müraciət edilsə mütləq mənə bu barədə məlumat versinlər ki, bu cür fırıldaqçı və sui-istifadə edən insanların əməllərinin qarşısını vaxtında ala bilək. Bəzi insanlar o qədər tərbiyəsizləşiblər ki, hətta kredit əldə etmək üçün, soyuducu açmaq üçün dövlət qurumlarına belə müraciət edəndə mənim adımı hallandıraraq guya mənim bu biznesin arxasında dayandığımı deyirlər. 2 dəfə bu kimi sui-istifadə və fırıldaq hallarının həmin qurumların mənə müraciəti əsasında qarşısını ala bildik. Çox xahiş edirəm ki, mənim adımla hər hansı bir təşkilata müraciət edilən zaman bunun mənimlə heç bir əlaqəsi olmadığını nəzərə alsınlar, əhəmiyyət verməsinlər və bu kimi sui-istifadə, fırıldaqların qarşısının alınması üçün mənə məlumat versinlər,müraciət etsinlər ki, vaxtında tədbir görülməsinə nail olaq. Bir neçə ay əvvəl özünü mənim köməkçim adlandıraraq vətəndaşları aldadan və onlardan pul alan Sədaqət adlı bir qadınla bağlı hüquq mühafizə orqanlarına müraciət etdim və onlar bununla bağlı tədbir gördülər. Həmin qadının aldatdığı vətəndaşların bəziləri mənə müraziət edərək xəbər verməsə idilər o daha böyük fırıldaqlarla nə qədər insana zərər vura bilərdi. Bununla bağlı xüsusi bir açıqlama yayacağıq. Təkrar xahiş edirəm belə hallarla üzləşərsinizsə mütləq bizə məlumat verin`.

AzVision.az


Teqlər:  





Xəbər lenti