Rusiyada hərbi poliqonda partlayış: 2 ölü, 4 yaralı

Rusiyada hərbi poliqonda partlayış: 2 ölü, 4 yaralı
  10 Noyabr 2017    Oxunub:1534
Rusiyada hərbi poliqonda partlayış olub.
AzVision.az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə Zabaykalye vilayətində yerləşən Tsuqol poliqonunda qeydə alınıb. Belə ki, hədəf sahələrinin partlamamış sursatlardan təmizlənməsi zamanı döyüş sursatı partlayıb. Nəticədə bir zabit və müqavilə əsasında xidmət edən əsgər ölüb.

Daha 4 əsgər xəsarət alıb. Xəsarət alanlar dərhal xəstəxanalara yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, xəsarət alan əsgərlərin həyatı üçün təhlükə yoxdur.

AzVision.az


Teqlər: poliqon   partlayış  





Xəbər lenti