İki ayın gəlini özünü asdı

İki ayın gəlini özünü asdı
  20 Sentyabr 2013    Oxunub:3705
Cəlilabad rayonunda iki ayın gəlini intihar edib.
Hadisə rayonun Babalı kəndində qeydə alınıb. 20 yaşlı Şahbazova Tünzalə Ələddin qızı yaşadığı evin həyətindəki heyvan saxlanan tövlədə özünü asaraq intihar edib.

Tünzalə Şahbazova 2 aya yaxın imiş ki, qonşu Lallar kəndindən Babalı kəndinə gəlin köçüb.

Mərhumun yaxınlarının verdiyi məlumata görə,Tünzalə xaraktercə sakit qız olub.Elə buna görə də Tünzalənin ailə münaqişəsi zəminində intihar etməsi güman olunur.

Hazırda faktla bağlı Cəlilabad rayonunda cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.(anspress)


Teqlər:





Xəbər lenti