“Brexit” martın 29-da saat 23:00-da başa çatacaq

“Brexit” martın 29-da saat 23:00-da başa çatacaq
  10 Noyabr 2017    Oxunub:1313
Böyük Britaniyanın baş naziri Tereza Mey ölkəsinin Avropa İttifaqından çıxma prosesinin yekunlaşma vaxtını elan edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazirin sözlərinə görə, “Brexit” 2019-cu il martın 29-da Qrinviç vaxtı ilə saat 23:00-da başa çatacaq.

Qeyd edilib ki, deputatlar “Brexit” müddətini təsdiqləyən qanun layihəsini gələn həftə müzakirə edəcəklər. Tereza Mey deputatları Aİ-nin tərkibindən çıxma prosesini uzatmaq və ya ləğv etmək cəhdlərindən çəkinməyə çağırıb.

AzVision.az


Teqlər: Brexit   Tereza-Mey  





Xəbər lenti